Menu
Geri İrəli

Sumqayıtda 21 yaşlı gənc dənizdə batıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

denizSumqayıtda dənizdə batan Ülvi Abdullayevin meyitini sudan FHN-nin xilasetmə qüvvələri çıxarıb.
Sumqayıtda 21 yaşlı gənc dənizdə batıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verilən xəbərə görə, avqustun 13-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Ülvi Rauf oğlu Abdullayev dənizdə batması barədə məlumat daxil olub.

FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Aparılan axtarış tədbirləri nəticəsində Ü.Abdullayevin meyiti batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Bir müddət əvvəl Novxanıda 30 yaşlı gənc suda batıb və onun meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın