Menu
Geri İrəli

Sumqayıtda 21 yaşlı oğul atasını qətlə yetirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2010 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə sentyabrın 16-dan 17-nə keçən gecə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Elxan Hacıyev ailə münaqişəsi zəminində atası, 51 yaşlı Rasim Hacıyevi bıçaqlayıb. Ağır xəsarətlə xəstəxanaya çatdırılan R. Hacıyevi xilas etmək mümkün olmayıb.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən E. Hacıyev saxlanılıb. Polisdən, həmçinin bildirilib ki, E. Hacıyev hadisəni törədərkən sərxoş olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.mənbə: lent.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın