Menu
Geri İrəli

Sumqayıtda 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 734 dəfə • Şərh yoxdur
Share Button

DSC_0270Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar qəzet, televiziya və elektron informasiya saytlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov mətbuat nümayəndələrinə 22 İyul – Milli mətbuat günü münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təbriklərini çatdırıb və Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, söyləyib. Həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Natiq Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb”.
Tədbirdə çıxış edən KİV nümayəndələri milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Sonra milli mətbuatın 141 illiyi münasibətilə bir qrup jurnalistə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
“İki Sahil”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın