Menu
Geri İrəli

Sumqayıtda 224 manat cərimə ilə sürücünü şoka salan yol polisi bağışlanmağın istədi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur
Bir neçə müddət bundan öncə mediada “Yol polisinin cəriməsi sürücünü şok etdi” başlıqlı yazı dərc edilmişdi. Yol polisinin məsuliyyətsizliyi üzündən 224 manat cərimə ödəmək məcburiyyətində qalan Milli.az saytının əməkdaşı Teymur Hacıyev, məlum olaydan sonra Daxili İşlər Nazirinə məktubla müraciət etmişdi.
Artıq sürücünü DİN-ə göndərdiyi məktuba bu günlərdə rəsmi cavab verilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Teymur Hacıyev facebook səhifəsində məlumat verib.
Bu gün Sumqayıt yol Polisi İdarəsində kapitan rütbəsi daşıyan, əslində isə mayor vəzifəsində işləyən polis əməkdaşı tərəfindən idarəyə çağırıldığını bildirən Teymur Hacıyev,  “ sözügedən polis əməkdaşı bu hadisənin onun məsuliyyətsizliyi ucbatından baş verdiyini dedi. Dedi ki, həmin vaxt atası rəhmətə getmişdi. Ona görə, çox fikirli idi və belə bir səhvə yol verib”, – deyə qeyd edib: “Məndən dönə-dönə üzr istədi. Ödədiyim cəriməni öz cibindən mənə qaytarmağı təklif elədi (təbii ki, mən razılaşmadım). Onu bağışlamağı xahiş elədi. Dedi ki, artıq bir töhməti var. Bu məsələyə görə işdən qovulacaq. Ərizəni geri götürməyimi xahiş elədi. Mən onu bağışladım. Söz verdim ki, ərizəmi geri götürəcəm. Siz də deyin. Onu bağışlamaq olarmı?”
Xəyal Şükür
Facebook Şərhləndirmə:

Şərhinizi yazın