Menu
Geri İrəli

Sumqayıtda 24 saat fasiləsiz su təhcizatı təmin olunur – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2017 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

aztv-xeber“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.  Prezident  İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Sumqayıt  şəhərində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə Sumqayıt SuKanal idarəsi tərəfindən  istismar  müddətini başa vurmuş  köhnə xəttlər dəyişdirilir,binaların zirzəmiləri  və yağış quyuları təmizlənir, eləcə də binadaxili paylayıcı sistemləridə əsaslı yenidənqurma işləri aparılır.

Sumqayıtda əhali və bütün sahələr üzrə istehlakçılar  24 saat fasiləsiz su ilə təmin edilir.Bütün bunlar  Sumqayıt Su Kanal İdarəsinin    işi peşəkar qurması nəticəsində əldə edilib. İsti yay günlərində şəhərdə su ilə bağlı heç bir problem yoxdu.

Darvin Hüseynov: “Sumqayıt Su Kanal İdarəsinin rəisi-Ümumiyyətlə bizim yaz yay mövsümünə hazırlığımız əvvəldən planlı şəkildə aparılıb.Yəni bu isti yay mövsümündə qarşımızda duran ümdə məsələ əhalinin su təminatı,su təhcizatını yaxşılaşdırmaqdı.Bu səpkidə Sumqayıtda xeyli bizim tərəfimizdən son bir iki ildə işlər görülmüşdür.Bu gün ölkə başçısının “Azərsu Səhmdar Cəmiyyəti” qarşısında qoyduğu  dövlət  proqramı ondan ibarətdir ki, 24 saat su təhcizatı təminatı məsələsi bütün rayonların,bütün respublikanın qarşısında qoyulmuş əsas məsələdir.Son bir ildə  Sumqayıtda xeyli işlər görmüşük  bu səpkidə.Ən azından 60-cı illərədən çəkilmiş qəzalı xəttlərimizi biz 9 cu mikrarayonda təmir eliyəndən sonra demək olar ki,hardasa bir 7-8 faiz əhalinin 24 saat su təminatına deməli nail ola bilmişik.

Yəni bu gün demək olar ki,Sumqayıtın əhalisinin 90 -92 faizi tam 24 saat su təhcizatını alır.Çətinliyimiz 9 mərtəbə və ondan yüksək olan müəyyən yuxarı mərtəbələrin saat rejimini nasoslarla təmin eliyirik.Bu səpkidə də bizim kompleks tədbirlərimiz var.Yəni uzun illərdir 60-cı illərdən bəri su xəttləri sistemi köhnəlmişdi ona görə də tam biz burda təzyiqin qaldırılmasına nail ola bilmirik.Onun üçün də bir neçə qəzalı yerlərimiz var.Onun üçün hazırlıq işlərimizi görürük,tədbirlər planı var.Yaxın vaxtlarda ordakı işlərimizi də səhmana salandan sonra,qaydasına qoyandan sonra biz demək olar ki,ən yüksək nəticəyə nail ola biləciyik.Yəni demək olar ki,Sumqayıtın əhalisinin əsas hissəsində 24 saat su təhcizatına keçəciyik.Paralel olaraq bizdə bilirsiz ki,son iki ildə zirzəmilərin problemini biz demək olar ki,həll eləmişik.Bu gün deyərdik ki,5-6-10 –a yaxın zirzəmilərdə həm su kanalizasiya sistemlərində gündəlik ortaya çıxan işlərimiz var,onları da operativ çalışırıq görəy.

Yəni xəttlərin köhnə olması,çürüməsi ilə əlaqədar olaraq yəni belə hallar bizdə var.Bu sahədə də xeyli işlər görmüşük.Əsas məqsədimiz əhalinin məmnunluğu  ki, sudan su təhcizatı ,keyfiyyətli su ilə təmin eliyək əhalimizi.Şəhərimizin müxtəlif qeyri əhali abonmentləri eyni zamanda siz bilirsiniz ki,son vaxtlar Sumqayıt şəhərində son vaxtlar böyük kompleks işlər görülür.İstər yaşllıq,abadlıq,ağacların əkilməsi ,güllərin əkilməsi və bu sahədə çalışırıq ki,bizim tərəfimizdən problem yaranmasın.Hələlik  allah şükür bu günə kimi elə bir ciddi problemimiz yoxdur,bundan sonra da yəqin ki,kompleks tədbirlərlə bunu qaydasına qoyacıyıq.”

Həyata keçirilmiş tədbirlər nəticəsində  9-cu mikrarayon ərazisində  diametri 1000  milli metr su kəmərinin istismara yararsız 140 metr hissəsi dəyişdirildikdən sonra   şəhərdəki  59  nasos stansiyasından 13-nün  fəaliyyəti dayandırılmışdır ki, buda əalinin 24 saat fasiləsiz su alması ilə yanaşı  elektrik enerjisinə qənaət deməkdir. Artıq  yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır.

Şəhər üzrə 825 zirzəmi var ki,bunların da 400-ə qədərinin suyu qurudulub. Çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur, zirzəmilərdə istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində  yeni polietilen boru çəkilir .Fekal kanalizasiya şəbəkəsi üzrə  27940 paqonnu metr  kanalizasiya xətti maşınla yuyulub,2989 quyu mexaniki üsulla təmizlənib.

İşin düzgün qurulması təkcə yaşayış binalarındakı sakinləri deyil deyil,eyni zamanda isti yay günlərində parklardı  yaşıllığı,gül çiçəyi qoruyub saxlayan  bağbanları da çox sevindirir.Axı onlara nə lazımdır,təbii ki,fasiləsiz su.

Şəhərdə fəaliyyət göstərən Nəsimi adına istirahət  parkında,eləcə də Dənizkənarı Yeni Bulvarda   çox yerdə bulaqlar quraşdırılıb.Bu da istirahət  edən şəhər sakinlərinin rahatlığına və sərinləməsinə xidmət edir.

 Sumqayıt Su Kanal İdarəsi  payız-qış mövsümünə də hazırlıq görür.Bütün bu  işlər isə əhalinin məmnunluğunu təmin etmək   məqsədi daşıyır.

Mövzu: Sumqayıtda 24 saat  fasiləsiz su təhcizatı təmin olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın