Menu
Geri İrəli

Sumqayıtda 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 619 dəfə • Şərh yoxdur
Share Button

«Azərikimya» İstehsalat Birliyində 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə tədbir və çoxluq etibarilə Qarabağ müharibəsi əlillərindən formalaşdırılmış oturaq voleybol üzrə Azərbaycan Milli komandasının üzvləri ilə görüş keçiril-mişdir.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, Azərbaycanda Milli ordunun yaranma tarixi 96 il bundan öncəyə təsadüf etsə də, yalniz Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü ildə atəşkəsə nail olduqdan sonra busahədə genişmiqyaslı islahatlara başla-nılmışdır. İndi ölkə başçısının diqqət və qayğısı sayəsində Azərbaycan əsgərinə və zabitinə ictimai münasibət köklü surətdə dəyişilmiş, ölkəmizin etibarlı müdafiəsi üçün həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Ordusu bu gün regionun ən güclü ordu-suna çevrilmişdir.
Tədbirdə oturaq voleybol üzrə Azərbaycan Milli komandasının baş məşqçisi, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə çıxış edərək qeyd etmişdir ki, oturaq voleybol üzrə komanda 2008-ci il avqustun 28-də Sumqayıt Paralimpiya İdman Kompleksinin açılışından sonra yaradılmış, 2010-cu ilin yanvarından isə Milli komanda statusunu alaraq, bugünə qədər bir sıra beynəlxalq yarışlarda respublikamızı müvəffəqiyyətlə təmsil etmişdir. Qürurverici haldır ki, 15 nəfərdən ibarət Milli komanda üzvündən 9 nəfəri Azərbaycan yığmasında təmsil olunur ki, onlardan da 8 nəfəri Qarabağ müharibəsinin odundan-alovundan keçərək əlil olmuş insanlardır.
Görüşdə Milli komandanın üzvləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, Azərbaycanda həyata keçirilən ordu quruculuğu məsələlərindən daçışmışdır. Natiq vurğulamışdır ki, Orduya gedəcək gənclərin hərtərəfli hazırlığı üçün Azərbaycanda dövlət tərəfindən bütün lazımı işlər görülür. Bununla belə, ordu ilə xalqın sıx birliyinin təmin edilməsi istiqamətində birmənalı şəkildə ailənin, mək-təbin və gənclərin məskunlaşdığı mikrorayonların, məhəllələrin, qəsəbələrin ziyalılarının, ağsaqqallarının vahid bir sistem ətrafında birləşərək, təlim-tərbiyə, təbliğat və təşviqat işini bərabər şəkildə həyata keçirmələri mütləqdir. Bu ona xidmət etməlidir ki, gənclər həm hərbi xidmətə mənəvi, hərbi-texniki və fiziki cəhətdən hazır olsunlar, həm də hərbi qulluğun bütün çətinliklərinə sinə gərən, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində üzərinə düşən bütün vəzifələrinin öhdəsindən layiqincə gəlməyə qadir olan möhkəm əqidəli vətənpərvərlər kimi yetişsinlər.
Qeyd edək ki, «Azərikimya» İstehsalat Birliyinin gənclərdən ibarət bir qrupu bədii özfəaliyyət kollektivi ilə birgə sabah Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə “N” saylı hərbi hissədə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edəcəklər.

tedbir-43 tedbir-45 tedbir-55 tedbir-422

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın