Menu
Geri İrəli

Sumqayıtda 3 ədəd top mərmisi aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2009 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur
Share Button

3675sumqayitxeber.com sayti Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yolda partlamamış döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış əşyalara baxış keçirmişlər. Baxış zamanı aşkarlanmış əşyaların döyüş sursatı olduğu təsdiqlənmişdir. Müəyyən edilmişdir ki, bu, istifadə olunmuş, lakin partlamamış, birinin üzərində döyüş başlığı olan 3 ədəd “D-44″ tipli top mərmisidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın