Menu
Geri İrəli

Sumqayıtda 3 dayısını evdə yandırıb, öldürən şəxsin məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur
mehkeme-cekiccBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesin baxış iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.
Araşdırmalar zamanı hadisəyə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişənin səbəb olduğu müəyyənləşib.
Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.
O, Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə ittiham olunur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın