Menu
Geri İrəli

Sumqayıtda 30 faizə yaxın uşaqda xəstəlik aşkar edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2014 • Baxış sayı: 896 dəfə • Şərh yoxdur

Usaq-qrip-xesteSumqayıt şəhər Səhiyyə şöbəsinin təşəbbüsü ilə Təhsil şöbəsi ilə birlikdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası məqsədilə müvafiq tibb müəssisələrinin baş həkimləri və təhsil müəssisələrinin direktorlarının iştirakı ilə bu işin təşkili məsələsi geniş müzakirə olunub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, müvafiq hazırlıq işləri aparıldıqdan sonra uşaq poliklinikalarında həkim-mütəxəssislərdən ibarət təşkil edilmiş briqadalar tərəfindən təhsil müəssisələrində uşaqların dispanserizasiyadan keçirilməsinə başlanıb.

Hazırki dövrə qədər məktəblilərin 88,2 faizi dispanserizasiyadan keçirilib. Təxminən 30 faizə qədər uşaqlarda aşkar edilmiş xroniki xəstəliklər və müxtəlif patoloji vəziyyətlərə görə onlar Uşaq poliklinikalarında əlavə müayinəyə cəlb edilib, tələb olunan hallarda stasionara göndərilib və bu uşaqların sağlamlaşdırılmasına başlanıb.

Təhsil müəssisələrindəki uşaqlarla yanaşı uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın