Menu
Geri İrəli

Sumqayıtda 3383 şagirdin tədris şəraiti yaxşılaşdırılır VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 694 dəfə • Şərh yoxdur

Ölkəmizdə sosial və infrastruktur layihələri uğurla davam etdirilir.  Sumqayıtda Şəhər İcra hakimiyyətində  nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq şəhərin  üç tam orta məktəbində  əsaslı şəkildə  təmir və yenidənqurma işləri   aparılır. Bununla da 3 min 383   şagirdin tədris şəraiti yaxşılaşacaq.

Şəhər İcra Hakimiyyətinin  daxili imkanları hesabına  5, 15 və 41  saylı tam orta məktəblərin binasında əsaslı şəkildə yenidən qurma işləri görülür. Hər üç təhsil ocağının təmir-bərpasına bu ilin  iyun ayından  başlanılıb və işlər sürətlə davam edir. Şəhərin ilk təhsil ocaqlarından sayılan  1050 yerlik şagird yerlik 15  saylı tam orta məktəbin , qapı və pəncərələri dəyişdirilib,məktəbin  ətrafı daş hasarla hörülüb. Təhsil ocağının həyətində qazanxana və transformator quraşdırılıb. Hazırda binada sanitar-texniki qovşaqlar, elektrik xətləri çəkilir.Yeni tədris ilində müəllimllər   gözəl və təmirli sinif otaqlarında daha həvəslə  dərs keçəcəklər.Məktəb 1966-cı ildən fəaliyyət göstərir.

Məktəbin 49   sinif otağında, eləcə də kimya, biologiya, ingilis dili və fizika laboratoriyalarında döşəmələr yenilənib. Ali məktəbə bu təhsil ocağından  bu il  sənəd verən 43 məzundan 35-i tələbə adını qazanıb.Məktəbdə aparılan bütün yenidənqurma işləri    burada  bu il  təhsil alacaq   1183  şagirdi   çox  sevindirir.

Analoji əsaslı təmir-tikinti işləri 800  şagird yerlik 41  saylı tam orta məktəbdə də uğurla həyata keçirilir. Şəhərin qabaqcıl   təhsil ocaqlarından sayılan bu məktəbin hazırda 33  sinif otağında, fənn kabineti və laboratoriyalarında, idman və iclas zallarında nümunəvi şərait yaradılır.

Elektrik və rabitə xətlərinin, sanitar-texniki qovşaqların yenidən qurulması işlərinin 60 faizi yerinə yetirilib. Hazırda   istilik sistemləri üçün xətlər çəkilir. 3 mərtəbəli məktəb binası 1991-ci ildən istifadəyə verilib.

Əsaslı təmir-bərpa və yenidənqurma işləri  1963-cü ildən fəaliyyət göstərən  1400  şagird yerlik 5 saylı tam orta məktəbdə də sürətlə aparılır. Hazırda bu təhsil müəssisəsinin 54 sinif otağında  döşəmələrə xüsusi materialdan örtük vurulur.  Cari ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan bu təhsil ocaqları zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təmin olunacaq.Şəhər 5 saylı tam orta məktəbin məzunlarından  ali məktəbə sənəd verən  54 nəfər dən  46 nəfəri qəbul olub. Bu məktəblər istifadəyə verildikdə ümumilikdə  3250  nəfər şagirdin tədris şəraiti yaxşılaşacaq.

Qeyd edək ki, 2017 -ci ildə  şəhərin məzunlarından 169 nəfər   600-dən çox bal toplayıb. Bu, ötən ilki göstəricidən 30 nəfər, yəni təxminən 22% çoxdur. O cümlədən, 108 nəfər 600-649 intervalında, 61 nəfər isə 650-700 intervalında bal toplayıb. 200 nəfər məzun 500-600 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19% yüksəkdir .

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın