Menu
Geri İrəli

Sumqayıtda 4 məktəb direktoru işdən azad olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 4,740 dəfə • 4 şərh

sumqayit-tehsil-shobesiSumqayıtda bir sıra məktəb direktorları tutduğu vəzifədən azad ediliblər.  Sumqayıt şəhər 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, 27 saylı orta məktəbin direktoru Əlifxan Məmmədov, 40 saylı məktəbin direktoru Ofelya Quliyeva və “Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva postları ilə vidalaşmalı olublar.

Qeyd edək ki, direktorlar yaş senzinə görə işdən azad olunublar. Məlumat üçün bildirək ki, sözügedən məktəblərin direktorlarının yaş həddi 65-i keçib.

“Dövlət qulluğu haqqında” Qanundakı dəyişikliklərdə qeyd olunur ki, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Görünən odur ki, onların müqavilələrinin müddətinin uzadılmamasına qərar verilib. xeberle.com

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda 4 məktəb direktoru işdən azad olundu” yazısına 4 cavab

  1. Əli Kərimov deyir:

    OFELYA BABAYEVANIN MÜƏLLİMLƏRƏ KİŞİ SÖYÜŞÜ SÖYMƏYİ NƏ TEZ YADINIZDAN ÇIXDI?YIRTICI BU QOCQ QARTALLARIN İSTİRAHƏTƏ GETMƏLƏRİ YƏQİN SİZ QOHUMLARI NİGƏRAN EDİR. 40 NÖMRƏLİ MƏKTƏB HANSI YERRİ TUTUR SUMQAYIT ŞƏHƏR TƏHSİLİNDƏ?SİZ YAZANLARIN QOHUM OLDUQLARINIZ AYDIN NƏZƏRƏ ÇARPIR.MANE OLMAYIN QOYUN BU ŞƏXSLƏR DİNCƏLSİNLƏR.VAQİF ƏLƏKBƏROVUN VAXTINDA OLANLARIN HAMISINI MƏCƏLLƏ İLƏ QOVMAĞA ƏSA TAPMAQ HEÇDƏ ÇƏTİN DEYİL.

  2. Ananim deyir:

    Salam .siz jurnalisderden xaiwimiz budurki gedib bir baxcalari yoxlayasiniz artiq derecede xaiw edirik l.sumqayit seherindeki 8sayli nergiz uwaq baxcasi.yeni bawcinin qerarini vece almamiw kimi yenede pullar yigilir yeni ile gore 15manat muellimeler ozderine yigir.helede deyirlerki biz bu boyda ezyet cekirik.valideynlerde vermeyendr deyirlerki bugunun sabahida var.bunlar qorxurlar beyemki bu boyda dovletde hadiseler baw verir helede yigirlar.bu yaziq valideynler hardan tapib versinler berke birinin imkani yoxdu xaiw edirik sizden bununla bagli bir olcu goturesiniz

  3. Hicran deyir:

    Sumqayıtda qoca bağça müdirlərini də istirahətə yollasalar pis olmazdı. Balam bəyəm bu kreslo elə onlar üçündür. Kreslodan əl çəkmək istəmirlər. Qocalmısınız Əzizlərim yerinizi cavanlara verin Allahınız olsun. İnsafınız oyansın o qədər liderlik qabiliyyəti olan gənc enerjili kadrlar var ki. Qoyun onlar gəlib yeniliklər etsinlər. BU XALQ YAZIQDIR.

  4. Arif deyir:

    Salam,
    Siz hele bir Lenkeranda olan 4 nomreli mektebin direktorunu ne ozbasinaliglar elediyini bilmirsiz.
    Muellimleri ve sagirdleri hede gorxu altinda saxlayir. Rusvet bas olib gedir Lenkeran 4 nomreli mektebde. Hic bir pedogoju metodlara uygun olmayan uslublardan istifade ederek angag pul yigmagla mesguldur bu gadin.
    Buna niye tesil nazirliyinden bir tesir edilmir !!!

Şərhinizi yazın