Menu
Geri İrəli

Sumqayıtda 40 uşaq məişət zorakılığına məruz qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur
Share Button

 

“Təmiz Dünya”-nın mütəxəssisləri az yaşlı uşaqlara və ailələrinə psixoloji və hüquqi yardım göstərib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sumqayıt şəhərində “Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası” Mərkəzinin fəaliyyətini effektiv davam etdirir.

Qısa müddətdə mərkəz yerli qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub və qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət formalaşdırıb. Belə ki, mərkəz qısa müddətdə Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar üzrə şöbə, Sumqayıt İcra Hakimiyyəti, Corat icra nümayəndəliyi ilə görüşlər keçirib.

Hazırda Mərkəzin əməkdaşları Gənclər və İdman Baş İdarəsi və Corat Bələdiyyə və İcra Nümayəndəliyi ilə görüşlərlə bağlı razılıq əldə edilib. Mərkəz fəaliyyətə başladığı iki ay ərzində 40-dan çox uşaq müəyyən edərək onlara və ailələrinə hüquqi və psixoloji yardımlar göstərib.

Dünən mərkəz məişət zorakılığı qurbanları olan uşaqların öz təşəbbüsü ilə “Azəri” İdman Klubu təsis edib. “Azəri” İdman Klubunun bir məqsədi zorakılığa məruz qalmı uşaqların asudə vaxtının təşkili, eləcə də idman vasitəsilə onların reabilitasiyasını effektiv həyata keçirməkdir.

Qaynar.info 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın