Menu
Geri İrəli

Sumqayıtda 400 000 manatlıq oğurluq

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 22 Aprel 2014 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

Seyidov əməliyyat nəticəsində tutulub.

ogurluq

Azərbaycanda mənzildən külli miqdarda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət Axtarış İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300 min manat dəyərində qızıl əşyalar və 100 min manatını oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın