Menu
Geri İrəli

Sumqayıtda 43 yaşlı kişinin ölümünə nə səbəb oldu?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2014 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur

tecili_yardim_01Ötən günsaat 12:30 radələrində Sumqayıtda qanlı hadisə baş verib.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 41-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan, 1971-ci il təvəllüdlü Rauf Seyfulla oğlu Osmanov çoxsaylı bıçaq xəsarətləri alıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisənin qətl, yaxud intihar hadisəsi olduğu məlum deyil. Hazırda araşdırma aparılır. Aparılan müayinədən sonra hadisənin hansı motivdə baş verməsi məlum olacaq.

Bundan sonra isə cinayət işi başlanacaq. Faktla bağlı istintaq aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın