Menu
Geri İrəli

Sumqayıtda 5-ci mərtəbədən düşən uşağı göydə tutan həkimlə MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Avqust 2016 • Baxış sayı: 11,980 dəfə • 4 şərh

Artıq bir neçə gündür ki, mətbuatda, sosial şəbəkələrdə hər kəs o həkimdən danışır. 5-ci mərtəbədən düşən uşağı tutan Çiçək Cahangirovadan. 

hekim

Hər kəsi heyrətləndirən hadisə bir neçə gün öncə Sumqayıt şəhərində, 3-cü mikrorayon, ev 11/18- ünvanında baş verib.  5-ci mərtəbədə evdə tək olan uşaq balkona çıxıb və qəfildən aşagı düşüb.

Bu zaman yoldan keçən həkim Çiçək Cahangirova uşagın eyvandan asılı vəziyyətdə qaldığını görüb. Təcili Tibbi Yardım stansiyasının həkimi olan Çiçək Cahangirova özünü itirmədən onu yerə düşmədən  göydə tutub.
 
Güclü zərbədən qadın və uşaq yerə yıxılsa da, heç biri ciddi zədə almayıb. Uşağın həyatını xilas edən həkim Çiçək Cahangirova vaxt itirmədən 5 yaşlı Vavidi yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.
Hadisənin qəhrəmanı Çiçək Cahangirova “sumqayitxeber.com”a müsahibəsində hadisənin təfərrüatlarını danışıb. 
İşdən çıxırdım. Yolu keçərkən işlədiyim Təcili Tibbi Yardım stansiyası ilə üzbə-üz bir binada bir uşağın  ana-ana deyə çağırdığını gördüm. Fikir verdim ki, uşaq çox qalxıb, eyvandan boylanır. Onun düşə biləcəyini təxmin etdim, yolu keçdim. Elə keçəndən sonra gördüm ki, uşaq mənzillərinə doğru döndü, sanki stolun üstünə çıxmışdı, düşdü evlərinə doğru. Fikirləşdim ki, yəqin anası yox imiş, çağırdı o da gəldi və uşaq evə getdi.  Yola davam edirdim, sanki mənə deyildi ki, dön, yenidən pəncərəyə doğru bax . Döndüm baxdım ki, görüm uşaq yenə baxırmı. Onda gördüm ki, uşaq 5-ci mərtəbədən artıq yerə sallanıb, ayaqları ilə çabalayır, əlləri ilə bərk-bərk tutub. Qışqırmır da. Mən tez qaçdım eyvanın altına. Bir xanım da o anda yoldan keçirdi. O da gördü, gəldi amma o qorxudanmı, vahimədənmi mənim qədər yaxınlaşmadı. Durdum eyvanın altında. Uca səslə qışqırıram ki,  bəlkə 4 cü mərtəbədən kimsə əlini uzadıb tutar. Ya həyətdən kimlərsə gəlsin,  altdan əllərimizi açaq ki, düşəndə zərbədən xəsarət almasın.  Ani uşağın əli boşaldı və düşdü 4-cü mərtəbəyə. 4-cü mərtəbədəki ipdən bərk-bərk tutmuşdu. Ilişməmişdi, tutmuşdu. Ayaqları ilə çabalayırdı. O anda daha da dəhşətə gəldim ki, 4-5 yaşlı uşaq həyat üçün necə mübarizə apararmış.  Yetkin insan bəlkə də onu bacarmazdı.

Həmin an anası pəncərədən çıxdı eyvana, amma o çıxan anda uşağın əlləri boşaldı.

Mətbuatda belə bir xəbər getdi ki, 3-cü mərtəbədə döşəyin üzərinə düşüb.


Xeyir, onu yanlış yazmışdılar. Heç nə yox idi. 4-cü mərtəbədən düşdü bir başa aşağı.

Həmin anda ananın reaksiyasını xatırlayırsınızmı?

Həmin an ananı gördüm, ancaq fikrim yalnız uşaqda idi. Uşaq fırlana-fırlana aşağı düşürdü…

O anda nə düşündünüz?

O anda fikirləşdim ki, uşağı mən elə tutmalıyam ki, az xəsarət alsın. Görünür bu da peşə ilə bağlıdır. Təcili yardım xəstəxanasının həkimi kimi düşündüm ki, maksimum xəsarətsiz olsun. Düzdür, biz eyvandan düşmüş insanın dalınca getmişik, hər hansı bir qəzaya getmişik, amma bu dəfə artıq hadisə fərqli idi. Düşüb xəsarət alan yox, düşən insanı xəsarətsiz xilas etməli idim.  İnanın o 4-5 saniyə bəlkə də mənim üçün bir neçə dəqiqəyə bərabər oldu. Sanki beyin aktivləşir, adrenalin ifraz olunur, xüsusi bacarıq yaranır sanki. Düşündüm ki, nə boynu sınmasın, nə qoluna, ayağına xəsarət dəyməsin. Onu elə tutmalıydım ki, əlimdən sıçramasın. Elə düşən anda uşaq mənə quş kimi gəldi. Tutdum, elə o anda yıxıldım. Yerə də bir yıxıldıq, qucağımda.  Hətta onu da düşündüm ki, uşaq mənim altımda qalmasın. Mən  yıxılım, mənim arxam yerə dəysin. Elə də oldu. Yıxıldıqdan sonra böyrü üstə çöndük. Yalnız həmin anda uşağın üzündə azacıq sıyrılma oldu. O da heç o qədər də hiss olunmurdu. Yerə yıxıldıqda gördüm ki, heç bir xəsarət yoxdur. Ancaq görünür bu da peşə ilə bağlıdır ki, dərhal təcili yardıma çatdırdım.

Həmin an bizim mərkəzin işçiləri də çağırış vrmişdilər. Artıq çölə çıxmışdılar. Bütün həkimlər çöldə idi. Belə danışırıam, uzun görünür ancaq bütün bunlar bir neçə saniyənin içində baş verən hadisələrdir.

Gəldik anbulyatoriyaya. Otuzdurdum uşağı. Baxdım ki, heç nə yoxdur.

Çox həyacanlı idim. Nəfəsim kəsilə-kəsilə qalmışdım. Ətrafdakı bəzi insanlar elə bilirdi ki, öz övladımdır.

Baxdım ki, uşağın əllərində ipin izləri var. Yenə də düşünürəm ki, o uşağa halaldır. O uşaq 5-ci mərtəbədən tutmasaydı, həmin anda düşsəydi mən də gecikə bilərdim. O uşaq düşsəydi, bir köməyim dəyməsəydi özümə heç vaxt bağışlamazdım ki, mən təxmini bildim ki, o yıxılacaq. Ancaq içəri girməyi məni aldatdı ki, düşündüm kimsə gəldi evə və uşağı götürdü.  Əslində o uşağın ipdən tutmağı da onu xilas etmiş oldu deyə bilərik. Onun tutmağı, biraz da düşünməyimə kömək etdi.

O zaman kimi ana gəlməmişdi?

hekim2 копия

Ana gəlmişdi. Bilmirəm düşmə anını gördümü, ya yox. Amma üzünə xəsarət yetirmişdi. Üzündə qırmızı izlər var idi. O içəri girmirdi. Elə düşünürdü ki, uşaq xəsarət alıb, risq edib içəri irə bilmirdi. Çıxdım anaya təsəlli verdim ki, uşağa heç nə olmayıb, heç bir yerində xəsarət yoxdur.

Özünüz necə xəsarət almadınızmı?

Yıxılanda hiss elədim ki, əlim biraz əzilib. O da əzələ gərilməsindən olub. Başqa ciddi xəsarət almadıq.

Uşaq qucağınızda bir foto ilə tanıdıq sizi ilk öncə. Mətbautda bu foto yayılmışdı…Kim çəkmişdi o fotonu?

Artıq hər şey qaydasında idi. Uşağı kimsə qucağıma verdi ki, fotonuzu çəkək. Bizdə də bir həkim var, mətbuatla əlaqəli insandır. Şairədir. Hüseynzadə Nazilə xanım. O dedi ki, Çiçək mən bunu mətbuatda verəcəm. Mən də heç nə demədim, çünki həmin anda sadəcə şokda idim.  Beləcə ictimailəşdi.

Sonrdan valideynlərlə, uşaqla görüşə bildinizmi?

Sonra valideynlər dəfələrlə mənə zəng ediblər. İşdən çıxa bilmədiyim üçün hələ ki, görüşə bilməmişik. Dünən də iki –üç dəfə zəng vurublar. Görüşməsək də zəngləşmişik.Tezliklə vaxt edib görüşəcəyik. Telefonla danışanda ana dayanmadan ağlayır. Ancaq günahı özündə bilir. Bəlkə də mənim yerimdə kim olsaydı bu rekasiyanı verərdi.

Ətrafınızdakı insanların sizə reaksiyası necə oldu, hər hansı fərqli münasibət hiss edirsinizmi?

hekim-sumƏtrafda insanların münasibətindən anlayıram ki, nə isə etmişəm (gülür) Hər zaman insanlara qarşı örmətlə yanaşmışam. İnsanlardan da bunu qarşılıqlı olaraq görmüşəm.

Bu valideyn tərbiyəsi ilə bağlı olan bir məsələdir. Hər zaman ailədə yaxşılıq etməyi, insanlara əl açmağı nəsihət ediblər, bu tərbiyədə böyümüşük. Ata babam  Atlıxan Paşa oğlu Cahangirov Qubadlı rayonunun icra başçısı olub. Xalam yazıçı-publisisti və jurnalist olub - Sara Oğuz. O da hər zaman ətrafındakı insanıara, qardaşı, bacısı uşaqlarına yardım edən, dəstək olan olub. Uşaq vaxtından bunu düşünmüşəm ki, ətrafdakı insanlara dəstək olmaq lazımdır. Görünür buna görə də çox çətin və məsuliyyətli olan həkimlik peşəsini seçmişəm.

 Övladlarınızın reaksiyası necə oldu? hadisə ilə bağlı söhbət edə bilmisinizmi?

İnanın ondan sonra növbədə olmuşam. Uşaqlarla ətraflı söhbət edə bilməmişik. Qızım bağda idi. Dünən telefonla danışdıq, dedi televizorda gördüm səni, danışamnda həyəcanlı danışmısan. Dedimq qızım həyəcanlı anlar yaşadıq, onda görə.

Son zamanlar həkimlərə münasibt o qədər də birmənalı deyil. Buna münasibətiniz necədir?

Bir məsəl var, göydə Allah yerdə həkim. Məncə elə də münasibət olmalıdır. Düzdür həkimin elə anı olur ki, insanın həyatı həkimin əlində olur. Onda dua etmək lazımdır ki, Allah həkimin əlinə şəfa versin, ölüm verməsin. Yəni heç bir həkim, heç bir normal insan istəməz ki, onun əli ilə kiminsə həyatına son qoyulsun.

Söhbətləşdi: Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

“Sumqayıtda 5-ci mərtəbədən düşən uşağı göydə tutan həkimlə MÜSAHİBƏ” yazısına 4 cavab

  1. Eli deyir:

    Allah her bir weye qadirdir

  2. Shahin deyir:

    Halal olsun! Bacariqli hekimlerimiz coxdu. O xestexanan;n rehberliyinin emeyidir ki belə həkimlər var. Orda müavin Zahida doktoru taniyiram gozel insandir!

  3. niyaz muellim deyir:

    SEFALI ELLERTNTZLE USAGIN OLUMUNE SIPER QLDUNUZ. QEYRETLI HEKIM KIMI SIZE ALQISLAR OLSUN.

  4. Solmaz Cahangirova deyir:

    Ot kökünün üstə bitər,qızım,babanı yaxşı tanıyırıq,onun nəvəsi də özünə bənzəməliyfi,igidlik rtmidən,xoşbəxt ol,öpdüm.

Şərhinizi yazın