Menu
Geri İrəli

Sumqayıtda 50-dən çox qadın liderlik kurslarında iştirak edib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2013 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur

 

Bu ilin əvvəlindən başlayaraq Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi ilə birgə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” mövzusunda layihə həyata keçirilməkdədir. Artıq layihə çərçivəsində Quba və Şamaxı rayonlarında seminarlar təşkil olunub. Dünən Sumqayıt şəhərində 50-dən çox ictimai sektorda çalışan, eləcə də dini icmaların nümayəndələri olan qadın və qızların iştirakı ilə təlim keçirilib.

Bu barədə APA-ya Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumundan bildirilib.

Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd edilməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması, eləcə də kiçik biznes sahəsində qadınların iştirakının aktivliyinin stimullaşdırılması ilə bağlı müzakirələr baş tutub. Müzakirələr zamanı qarşıya qoyulan məqsədlərə çatmaq üçün qızlar arasında daimi əsaslarda işləyən şəbəkənin yaradılmasının zəruriliyi xüsusilə vurğulanıb. Gələcəkdə şəbəkə daxilində mühasibat, toxuculuq və dərzilik kurslarının açılması nəzərdə tutulur.

Bu il ərzində layihənin Azərbaycanın başqa bölgələrində keçirilməsi planlaşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın