Menu
Geri İrəli

Sumqayıtda 50 yaşlı qadın hamamda yaşayır

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 28, 13 saylı yataqxana sakini Xatirə Axundova “Azadlıq”a müraciət edib. Müraciət müəllifi dözülməz şəraitdə yaşadığından bu yöndə rastlaşdığı problemdən bəhs edib:
“Yaşadığım yataqxana əvvəllər ”Azərikimya” Istehsalat Birliyinə məxsus olub. Zavod bağlanandan sonra yataqxana Sumqayıt RİH-nin nəzdinə keçib. Mən 29 ilə yaxın həmin zavodda işləmişəm. 1988-ci ildən bu yataqxanada yaşayıram. Yaşayış yerim olmadığı üçün o vaxtlar 5 kvm-lik hamamı düzəldərək mənə yaşamaq üçün vermişdilər. 88-ci ildən həmin hamamda yaşamağa məhkum olmuşam. Hazırda isə orada yaşamaq mümkün deyil. Yuxarı mərtəbədən gələn kanalizasiya suları evə axır. Nəmişlik yaşamaq üçün yararsız vəziyyət yaradıb. Yataqxanada boş otaqlar da var. Ehtiyacı olmayanlar belə qapıları qıfıllayıb çıxıb gediblər. Evi su basması barədə komendanta bildirəndə o dedi ki, bu işlərə baxmağa səlahiyyəti yoxdur. Bu məsələ Icra Hakimiyyətinin səlahiyyətindədir.
Cənab Prezident! Ümidim sizədir. Xahiş edirəm, mənə kömək edin. Artıq 50 yaşım var, kimsəsizəm. Tənha qadınam. Sizdən xahişim odur ki, məni bu çirkabdan qurtarmaq üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz. Sumqayıt şəhər İcra Hakimiyyətindən aldığım məktubda bildirilb ki, otağın təmiri və saxlanma xərcləri orada yaşayan sakinlərin özləri tərəfindən aparılmalıdır. Mənimsə buna imkanım yoxdur”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın