Menu
Geri İrəli

Sumqayıtda 6 məktəbə direktor təyin olundu – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 14,510 dəfə • 5 şərh

927362_0Sumqayıt şəhərinin 6 orta ümumtəhsil məktəbinə direktor təyinatı olub.

Bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Məmmədova 4 nömrəli, İlahə Həsənli 11 nömrəli, Pərvanə Ramazanova 19 nömrəli, Arzu Alızadə 25 nömrəli, Valid Mustafayev 27 nömrəli tam orta məktəbin, Qönçə Səftərova isə “Təfəkkür” liseyinin direktoru təyin olunublar.

İndiyədək bu məktəblərdə direktor vəzifəsini əvəz edənlər olub.

Məlumat üçün bildirək ki, bu məktəblərin dördündə – 4, 11, 25 və  27 nömrəli  məktəblərdə direktor vəzifəsinə rəsmi şəkildə təyin olunan şəxslər indiyədək əvəzedici kimi fəaliyyət göstəriblər.

İki məktəbə isə yeni simalar rəhbərlik edəcək. Əvvəllər 19 nömrəli məktəbdə direktor vəzifəsini Çingiz Abasov əvəzedici qismində icra edirdisə, indi bu təhsil ocağına rəsmi qərarla direktor təyin olunan Pərvanə Ramazanova rəhbərlik edəcək.

“Təfəkkür” liseyinin rəhbərliyində də dəyişiklik olub. Son qərara kimi liseydə direktor vəzifəsini Gülbahar Haqverdiyeva əvəzedici qismində icra edib. Bundan sonra isə təhsil ocağına Qönçə Səftərova rəhbərlik edəcək.

Qeyd edək ki, bu şəxslər Təhsil nazirliyinin müsabiqə test və müsahibə mərhələlərindən keçərək müvəffəqiyyət qazananlardır.

Bu təhsil ocaqlarında direktor vəzifəsinin icrasını əvəzedicilər həyata keçirir.  (xeberle.com)

Səadət Məmmədova

 

İlahə Həsənli

Pərvanə Ramazanova

Arzu Alızadə

Valid Mustafayev

Qönçə Səftərova

Facebook Şərhləndirmə:

“Sumqayıtda 6 məktəbə direktor təyin olundu – SİYAHI” yazısına 5 cavab

  1. Ayten deyir:

    Eziz muellimem Seadet xanimi 4 nomreli tam orta mektebe direktor teyin olunmasi munasibetile urekden tebrik edirem. YENI VEZIFENIZ UQURLU OLSUN!

  2. Aynur Hacızadə deyir:

    Arzu xanım, Sizi yeni təyinatınızla bağlı təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm.

  3. Ferhad deyir:

    Pervane xanımı tebrik edirem. Çoox sevindim. Layiqli ve edaletli qerardı. Tehsil nazirliyi düzgün qerar verib. Allah bütün halal insanlara yardımçı olur. Bele yüksek intellekti olan xanımlara eşq olsun…

  4. Xanəli Məmmədov deyir:

    Məktəblərə təyin olunan rasional düşüncəli, kreativ baxışlı,yeni innovatik vərdişlərə malik, rəqabətqabiliyyətli gənc və enerjili direktorları təyinat münasibəti ilə ürəkdən təbrik edir və inanıram ki onlar təyin olunduqları kollektivə yeni nəfəs və nəticəyə əsaslanan iş qabiliyyətinə görə stumullaşdırıci bir idarəetmə modeli tətbiq edəcəklər.

  5. Enver deyir:

    Yeni teyin olunmuw direktorlara uqurlar arzu edirik, Arzu xanim ise daha genc olduqu ucun onun xususi desteye ehtiyaci var weher sakini olaraq onun uqurlari ucun hami yaxindan komeklik gostermelidir, bir sozle mekteblere yeni nefesin esl zamani idi…….

Şərhinizi yazın