Menu
Geri İrəli

Sumqayıtda 60 nəfər sığınacaqdan istifadə edib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur
Share Button

siqinacaqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də havaların kəskin soyuması ilə əlaqədar Bakı və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil edib.

ANS PRESS-in məlumatına görə, Yasamal rayonu Xiyabani küçəsi 211 ünvanında yaradılan sığınacağa 5 gün ərzində 10 nəfər evsiz və rayonuna qayıda bilməyən şəxs müraciət edib.

Çadırlara yığışanlardan əksərriyyəti kişilərdir. Onlardan əksəriyyəti gündüz yeyib, içirlər sonra gedirlər. Bir bəy və yaşlı qadın isə orada gecələyirlər. Evsizlərə sığınacaqda isti şorba, borş, quru yemək və samovar çayı verilir.

Qeyd edək ki, müvəqqəti sığınacaqlarda bu günədək 420 nəfər insan qəbul olunub. Xətai rayonunda 71, Nərimanov rayonunda 130, Nəsimi rayonunda 75, Nizami rayonunda 50, Yasamal rayonunda 34, Sumqayıt şəhərində isə 60 nəfər kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlardan istifadə edib. Sığınacaqlarda olduqları müddətdə həmin insanlar 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla, lazım olduqda tibbi xidmətlə təmin olunublar. Onların böyük əksəriyyətini açıq havada səyyar işləyənlər və rayonlardan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonlarına qayıtmaqda çətinlik çəkənlər təşkil edib.

Sığınacağa ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142-Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunub və onlar qısa müddət ərzində sığınacaqlara gətiriliblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın