Menu
Geri İrəli

Sumqayıtda 80 illik yubiley tədbiri – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən “sumqayitxeber.com”a daxil olan məlumata görə bu gün Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanada şair, pedaqoq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi ilə əlaqədar “Oxucu ilə üz-üzə” adlı tədbir keçirilib.

Tədbiri giriş sösü ilə açan Sumqayıt Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova şairi 80 illik yubileyi münasibətilə təbrik etdi və ona xoş arzularını çatdırıb.

AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək tədbirin təşkilində verdiyi dəstəyə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə təşəkkürünü bildirdi.  Əvəz Mahmud Lələdağın yaradıcılığı haqqında səmimi fikirlərini bildirdirən Sabir Sarvan sözü oxuculara verib.

Oxucuların suallarını cavablandıran ağsaqqal şair uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən, Qərbi Azərbaycanda keçirdiyi günlərdən və məlum hadisələrlə bağlı üzləşdiyi çətinliklərdən, pedaqoji fəaliyyətindən söhbət açdı, torpaqlarımızın işğalına həsr olunan şeirlərini oxuyub

Şair həmçinin, oxucuları maraqlandıran müəllim-şagird münasibətləri, bu günkü gənclik və davranış qaydaları və digər mövzularla bağlı  fikirlərini bildirib

Tədbirdə şairlər  Əşrəf Şəfiyev, Rüzgar Cəbiyev, Asif Asiman, Namiq Dəlidağlı, Əli Nəcəfxanlı və digərləri çıxış edərək yubilyarı təbrik ediblər..

Sonda şair Əvəz Mahmud Lələdağ çıxış edərək tədbirin təşkilatçılarına ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib.

12336218_1531776277142186_1892381444_n 12336409_1531776367142177_358660093_n 12351063_1531776310475516_643348289_n 12366780_1531776230475524_1429693345_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın