Menu
Geri İrəli

Sumqayıtda 81 yaşlı kişini maşın vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2009 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

 Sumqayıt şəhərində 81 yaşlı kişini maşın vurub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Elçin Salam oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı, 10 DL 929 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən 1928-ci il təvəllüdlü Muxtar Əlihüseyn oğlu Cabbarovu vurub. 81 yaşlı M. Cabbarov yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın