Menu
Geri İrəli

Sumqayıtda 96 ailə yanğınla üz-üzə – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2015 • Baxış sayı: 1,353 dəfə • 1 şərh

Sumqayıtda 96 şəhid ailəsi yanğınla üz-üzə - REPORTAJ

Sumqayıtda 2012-ci ilin dekabrın 24-də istifadəyə verilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası yanğın təhlükəsi ilə üz-üzə qalıb.

Xəbər verdiyimiz kimi, mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 189 ünvanında yerləşən 16 mərtəbəli binada baş verən güclü yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 61 nəfər müxtəlif bədən xəsarətləri alıb. Belə oxşar hadisə may ayının 21-də Xətai rayonu, Nobel prospektində, eləcə də  ötən il mayın 2-də Yasamal  rayonu Şərifzadə küçəsi 48 ünvanında da da baş verib.

Hər üç hadisənin baş vermə səbəbi isə binların fasadının “penoplast” üzlüklərlə üzlənməsidir.

- Bəs binaların üzərinə vurulan “Penoplast” nədir? Onun tərkibində nələr var.
- “Penoplast” tərkibində tez alışan maddələr cəmlənən sintetik konponentlər toplusudur.

Yuxarıda qeyd etdiyimiz kimi ölkə başçısının Sumqayıtın 12-ci mk.r-da istifadəverdiyi binanın da birinci istisna olmaqla qalan 11 mərtəbəsi “Penoplast” üzlüklə üzlənib. Ümumilikdə binada 96 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yaşayır ki, onların da həyatı hər zaman yanğın təhlükəsi ilə üz-üzədir.

Sakinlərin mövcud vəziyyətlə tanış olmaq məqsədi ilə yollandıq əlillərin məskunlaşdığı əraziyə. Bizi ilk qarşılayan sakin özündən böyüklərin biraz qarşıda dayandığını deyərək arxasınca gəlməyimizi istədi. Ağsaqqallarla söhbətimiz də elə buradan başladı.

“Məlumat verilib, yəqin ki, bu binanın da fasadını sökəcəklər. Məndə olan məlumata görə, bu bina fasadı sökülən binaların siyahısına salınıb”.

Bu sözləri bizə deyən, adının ısə hallanmasını istəməyən Sumqayıt Mənzil Təsərrüfat İdarəsinin işçisisir.  İdarə işçisi deyir ki, şəhid ailələri və əlilər üçün inşa edilən binanın layihəsinin icrasına nəzarəti “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirib. Onun sözlərinə görə onların razılığı olmadan heç bir tikinti işi aparıla bilməz. O, binanın sertifikatının olduğunu da güman edir: “Bu məsələ bizim səlahiyyətiumiz daxilində deyil, biz təsərrüfat xidmətlərinə baxırıq. Amma binanın fasadının sökülməsinə və təmir olunmasına baxmırıq”.

Keçmiş döyüşçü, ehtiyyatda olan hərbiçi Əzizbala Fətəliyev deyir ki, Bakıda baş verən yanğın hadisəsi və orda ölən vətəndaşların taleyi onları narahat edir: “15 nəfər dünyasını dəyişib, 60 nəfər ağır yaralıdır. O qara günləri kim geri qaytaracaq. Onsuzda biz itirə-itirə gedirik. Bizə dəyən dəydi də kişi oğlu. Bizə oğullar, qızlar lazımdır. Nə qədərini Qarabağda itirmişik. Bu hadisələr kimin ucbatından baş verib? Əlbəttə ki, öz səhvlərimizin ucbatından. Belə şey olar? Sabah bu binada yanğın hadisəsi baş versə necə olacaq? Mən özüm, eləcə də burda yaşayan sakinlərin hamısı əlildi. Necə qaçıb canımızı qurta biləcəyik. Artıq 3-cü hadisədir baş verir. 1 nəfərin də, 5 nəfərin də ölümü ürəyimizi ağrıdır.  Bu binanın da fasadı sökülməlidir. Bu belə də olmalıdır. Bura şəhərdən kənardadır. Bəlkə də bura diqqətdən kənarda qalacaq. Daha demirlər ki, birinci mərtəbədən yuxarı “Penoplast” üzlüklərdir. Bunu ora presləyiblər. Tərkibində yapışqan və dioksid maddələr var. Dünən nümunə üçün bir parçasını yandırdıq, çarta-çartla yandı”.

Mansurov Qeybulla isə təəsüratlarını belə bölüşdü: “Bax bu oğlum (əli ilə göstərir) Tərtərdə və Ağdamda iki dəfə minaya düşüb. Birinci qrup əlildir. Yoldaşımı itirmişəm, indi əlil oğlumun umuduna qalmışam.”

“Sonra deməsinlər ki, harasa müraciət etməmişik. Bu sökülməlidir, atam”.

“Bu binanın havalandırma sistemin yaxşı işləmir (dımaxod). Sabah yanğın olanda heç olmasa hamamda və ya mətbəxdə qapını bağlayıb dayanıb nəfəs almaq olar.  Sistemi işləmir, hava geri qayıdır. Heç binanın ehtiyat çıxışı da yoxdu. Liftin biri işləyir bir işləmir. Yuxarı mərtəbələrin hamısında döşəmədən yuxarı hamısı şüşədir. “Penoplast” yansa 5 sm-lik məsafədir. Ordanda döşəməyə keçəçək. Evin hər tərəfi yanacaq. Burda yaşayanlar hamısı yarımcandı, gəzə bilmir.  Bu adam öz canını necə qurtarsın, ailəsinə necə yardım etsin?”- deyə Qarabağ əlili bildirib.

Əlillər üçün inşa edilən binanın yanında yerləşən digər tikilinin daha nəzərə çarpan hissəsinə də “penoplast” üzlük vurulub. Səbəb isə ölkə başçısının əlillər üçün inşa edilən binanın açılışına gəlməsidir.  Binanın tikintisində icraçı olan şəxslər bu addımla ölkə başçısını aldıblar. Yalnız binanın görünən hissəsini üzləməklə fasadlanma işinin tam şəkildə həyata keçirildiyini göstərməyə çalışıblar. Əslində onlar, “məqsədlərinə” nail ola biliblər.

P.S. Həyatın bir dəfə qara üzünü yaşayan insanlar yenidən faciə ilə qarşılaşmaq istəmirlər. Amma bu istəyi hələlik nəzərə alan yoxdur.

Xatırladaq ki, İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak etdiyi zaman əmək və əhalinin sosial müdafiəsi naziri (sabiq) Füzuli Ələkbərov əlillər və şəhid ailələri üçün inşa olunmuş binanın texniki göstəricilərinin müasir standartlara cavab verdiyini deyib. O, dövlət başçısına və xanımına məlumat verib ki, 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Hüseyn İbadlı

Fotolar müəllifindir  (simsar.az)

Facebook Şərhləndirmə:

“Sumqayıtda 96 ailə yanğınla üz-üzə – REPORTAJ” yazısına bir cavab

  1. gulnar deyir:

    xatirlatmaq isterdim ki,sheherimizde fin evler var ki,hansi ki orada da bele facieler ola biler,hansi zamanda yasayiriq ki,hele de taxtadan tikilen evlerde sakinler yasayir,neyi gozleyirik facieler olsun?

Şərhinizi yazın