Menu
Geri İrəli

Sumqayıtda abadlıq işləri necə gedir?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2009 • Baxış sayı: 286 dəfə • Şərh yoxdur

Şəhərdə aparılan abadlıq və quruculuq işləri mərkəzi küçələri əhatə edir

Sumqayıt 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu yubileyin xüsusi qeyd edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalamış, bu yaxınlarda isə Sumqayıtda abadlıq və quruculuq işlərinə kömək məqsədilə 5 milyon manat yardım ayrılması haqqında sərəncam vermişdir. Lakin buna baxmayaraq şəhərdə aparılan abadlıq və quruculuq işləri heç də bütün sakinlərin ürəyincə olmur.

Şəhər sakinlərinin bəziləri abadlıq işlərinin əsasən yubiley münasibətilə şəhərə gələcək qonaqların keçə biləcəyi mərkəzi küçələrdə aparıldığını, məhəllə daxili yolların, evlərin damının hələ də bərbad vəziyyətdə olduğunu qeyd edirlər.

Məsələn şəhərin 9-cu mikrorayonu ərazisində 9 v saylı binanın sakinləri yağış yağanda həyətdə az qala çuxurların üstündən hoppana-hoppana keçməyə məcbur olurlar. Həyətdə maşınların hərəkət etməsi isə lap zülmdür. Sumqayıtın 4-cü məhəlləsinin 12/21 saylı binasında yaşayan sakinlər isə şəhərin mərkəzi küçələrində bir neçə binanın dam örtüyünün dəyişdirilməsinə başlandığını, amma onların dəfələrlə şikayət etmələrinə baxmayaraq səslərinin eşidilmədiyini iddia edirlər.

Əlacları kəsilən bina sakinlərinin bir qrupu dövlət başçısına müraciət etməyə məcbur olublar. Bu məqsədlə Prezident İlham Əliyevə ünvanlanan müraciətdə də şəhərdəki abadlıq işlərinin yalnız mərkəzi küçələri əhatə etdiyi qeyd edilir və sakinlərin səsinin eşidilmədiyi vurğulanır. Yəqin ki, şəhər sakinlərini nəhayət dinləyən tapılacaq.

Mənbə: Xanlar Xoca

Facebook Şərhləndirmə:

Şərhinizi yazın