Menu
Geri İrəli

Sumqayıtda dəhşətli hadisə : 25 yaşlı gənc eskalatorun arasında qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 2,847 dəfə • 1 şərh

Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, olay şəhərin 17-ci mikrorayonunda sabah açılışı planlaşdırılan “Rahat” marketdə baş verib.

Orada çalışan fəhlə marketin içində hərəkət edən eskalatorun arasında qalaraq dünyasını dəyişib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Yeni lift yoxlanılırmış. Bu zaman işlək vəziyyətdə olan lift fəhləni divara sıxıb.

Dünyasının dəyişən şəxs 1990-cı il təvəllüdlü Ruslan Taleh oğlu Qurbanovdur.

Faktla bağlı araşdırma aparılır.

 rahat market

Facebook Şərhləndirmə:

“Sumqayıtda dəhşətli hadisə : 25 yaşlı gənc eskalatorun arasında qaldı” yazısına bir cavab

  1. resad deyir:

    marketin aciliw gunu 28.04.2015 haminiz devetlisiniz

Şərhinizi yazın