Menu
Geri İrəli

Sumqayıtda açıq səma altında konsert salonu tikilir

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 625 dəfə • Şərh yoxdur

konsert554

Bu günlərdə Sumqayıtda “Nəsimi” adına Mədəniyyət və İstirahət parkında təmir-bərpa işləri çərçivəsində “Yay estradası”nı sökdülər. Belə qəfil söküntü bir çox sumqayıtlını narahat etdi. Hər halda “Yay estradası” sumqayıtlılar üçün çox əziz və doğma bir məkana çevrilmişdi, onların bura ilə bağlı bir çox xatirələri var.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyevlə əlaqə saxladıq. Abid Əliyev xeberle.com-a söylədi ki, “Yay estradası” artıq standartlara cavab vermirdi, çox kiçik idi və yönü də münasib deyildi. Amma bunun yerində azı 250 nəfər tutuma malik açıq səhnə – Yaşıl Teatr tikiləcək. Burada keçirilən tədbirləri də rahatlıqdan kənardan izləmək mümkün olacaq. A.Əliyev bildirdi ki, yaxın 10 gündə tikintiyə başlanılacaq və yeni inşa olunacaq səhnənin üzü yola baxacaq.

 Nəzərinizə çatdıraq ki, “Yay estradası” parkda 1981-ci ildən açılmışdı. Hələ sovet dövründən bu açıq səhnədə yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlər keçirilirdi. O zaman bu səhnənin qarşısı insanla dolu olardı. Son illərdə də burada bir çox yerli və xarici səviyyədə konsertlər təşkil edilmişdi. Belə yaddaqalan tədbirlərdən biri 2010-cu ilin 25 avqustunda ABŞ-ın məşhur rok qrupu “Brazzavil” ilə Sumqayıtın “Qara Dərviş” rok qrupunun birgə konserti olmuşdu.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın