Menu
Geri İrəli

Sumqayıtda ağac kəsimi ilə bağlı açıqlama – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2015 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

ekologiya2Son vaxtlar mətbuatda ağac kəsimi ilə bağlı yayılan bəzi məlumatları şərh edən Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri Mayıl Dostuyev Sumqayıtda ağac kəsilməsi hallarına münasibət bildirərək qeyd edib ki, insanlar qeyri-sağlam şəxsi ambisiyalarını realizə etmək,  müəyyən dividentlər qazanmaq məqsədilə özlərini, dırnaqarası ekologiya keşikçisi kimi qələmə verirlər. “Belə insanlar hətta bəzi hallarda yaşıllıqların kəsilməsi ilə bağlı mövcud olmayan faktları uydurub, şişirdib cəmiyyətə təqdim etmək istəyirlər. Bildirmək istəyirəm ki, Sumqayıtda əvvəllər bir neçə ağac kəsilməsi faktları mövcud olub. Bu işin təşkilatçıları barədə müvafiq qanuni tədbirlər görülüb və onlar öz cəzalarını alıblar.”

Mayıl Dostuyev bildirib ki,  son zamanlar Sumqayıtda ağac kəsilməsi və ya yaşıllıqların məhv edilməsi faktları mövcud deyil: “Bu məsələnin spekulasiya mövzusuna çevirənlərə, böhtan və iftira xarakterli məlumatlar yayanlara isə heç olmasa həyatlarında bir ağac əkməyi tövsiyə edərdim.

Son illər Sumqayıtda on minlərlə ağac əkilib, yaşıllıq zolaqları, qazonlar salınıb, şəhərdə olmayan yeni ağac və kol növləri gətirilib. Bu faktdır. Bu məsələ daim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də şəhərin müvafiq təsərrüfat təşkilatlarının nəzarətindədir.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın