Menu
Geri İrəli

Sumqayıtda ağac yerinə daş əkilən, zibili başdan aşan həyət

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2014 • Baxış sayı: 760 dəfə • Şərh yoxdur

380299Bu fotoreportaj ekspromt alındı. “Sülh” küçəsində maşını saxlamağa yer tapmadığım üçün “Manas” ayaqqabı dükanının arxasındakı  6/11 nömrəli evin yanında müvəqqəti gözləmək istədim. Orada da yer yox idi. Çünki binanın yanındakı səki boyunca yerə sıra ilə “kubik”  daşlar basdırılmışdı. Ağac əvəzinə daş əkilməsini ilk dəfə görürdüm. Maraqlanıb ətrafa nəzər saldım. Fotokameram acınacaqlı mənzərələrə şahidlik elədi.  Həyəti bostan çəpərləri  daraldıb. Digər tərəfdə illərdən bəri hansısa tikili üçün qazılmış ərazi isə qamışlı gölməçəyə və sakinlərlə ticarətçilər tərəfindən məişət tullantılarının atıldığı üfunət mənbəyinə çevrilib. Qalan yerləri qarajlar tutur, yanlarına məftil sədlər çəkilib. Sakinlərdən biri yerə “əkilən” daşları göstərib dedi ki, uşaqların  təhlükəsizliyiı üçün belə etmişik.

Sumqayıtda “Nümunəvi məhəllələr” yaradılması gözəl ənənədir. Amma göz önündə olsa da, son dərəcə antisanitar hala düşən belə ərazilər bizim şəhərə heç yaraşmır. Burada başdan aşan zir-zibili təmizləmək,  yaşıllığı artırmaq, ətrafı səliqəyə salmaq kiminsə yadına düşəcəkmi?  Əcəba, əlaqədar idarələr, bələdiyyə, o cümlədən mənzil istismar sahəsi  bu vəziyyətdən xəbərsizdirmi?

Əli NƏCƏFXANLI, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın