Menu
Geri İrəli

Sumqayıtda ağacəkmə aksiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2015 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər-yaşıl həyat naminə” adlı layihə çərçivəsində Sumqayıt şəhəri, 12 noyabr tarixində layihənin fəal iştirakçıları ilə birlikdə ağac əkmə aksiyası həyata keçirildi.

Layihə iştirakçıları Azərbaycanın simbolu olan nar ağacının əkilmə mərasiminə könüllü şəkildə böyük maraq göstərərək qatılmışlar. Layihə çərçivəsində, Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli Sumqayıt şəhəri, Ə.Əliyev adına Sumqayıt Tibb kollecinin həyətində baş tutan ağac əkmə mərasimini açıq elan edərək, 30-dan çox Sumqayıtlı fəal gənci bu şərəfli işdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi.

Daha sonra Sumqayıt Tibb Kollecinin direktoru Eyvazov Rafayıl cıxış edərək Sumqayıt şəhərində yaşıllıq işlərinə xüsusi önəm verildiyini və bu mötəbər işdə xüsusi fəallıq göstərən kollecin tələbələri ilə fəxr etdiyini bildirdi. Daha sonra isə ekspertlərdən AR Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşlarından İbrahimli Vüsal və Musayev Elmir çıxış edərək layihə iştirakçılarına uğurlar diləyərək bu tipli maarifləndirici layihələrin davamlı olmasını vacibliyini qeyd etdi və gəncləri ətraf-mühitin qorunmasına biganə qalmamağa çağırdı.

Tədbirdə həmçinin, Sumqayıt şəhər İcra hakimiyyətinin Gənclər idarəsinin nümayəndəsi Hüseynov Ceyhun çıxış edərək tədbir iştirakçılarına uğurlar dilədi. Sonda ağac əkmə mərasimində iştirak edən layihə iştirakçılarına köynək və papaq paylanıldı, eləcə də xatirə şəkilləri çəkildi. Qeyd edək ki, Layihə çərçivəsində dekabr ayında sosial çarx hazırlanıb ictimaiyyətə təqdim olunacaqdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın