Menu
Geri İrəli

Sumqayıtda ağaclar küləyin gücünə tab gətirmədi- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 142 dəfə • Şərh yoxdur

Gecə yağan yağış, əsən bərk külək Sumqayıtda ciddi problemlər yaradıb. Əksər küçələrdə kanalizsiya sistemi işləmədiyindən gölməçələr yaranıb. Əsas zərbə ağaclara dəyib. Belə ki, axşamkı küləyin gücünə tab gətirməyən çox sayda ağac kökündən çıxıb. Bunların ən dəhşətlisi isə Səməd Vurğun küçəsində baş verib. Gecə saatlarında əsən külək yolu bağlayıb. Xoşbəxtlikdən ətrafda avtomobil olmayıb. Səhər saatlarında həmin küçədə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaransa da problem həllini tapdı. Aşmış ağac hissə-hissə doğranılaraq yoldan yığışdırıldı.

Dunənki hava göstərdi ki, Sumqayıt qışa elə də hazır deyil. Ancaq qışa hələ var. Odur ki, hazırlaşmaq hələ də gec deyil. 168saat.com

 agac1 agac2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın