Menu
Geri İrəli

Sumqayıtda ağacları kim kəsir? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.

1396705_681913951818849_1598185612_n

sumqayitxeber.com saytı “xeberle.com”a istinadən məlumat verir ki, hadisə oktyabrın 21-də gecə şəhərin 4-cü məhəlləsində, yolun kənarında, sakinlər tərəfindən yaradılan ağaclığın – kiçik bağçanın həyətində baş verib. Belə ki, bina 26/9-un tin hissəsində, özəl klinikanın yanında baş verən olay haqqında sakinlər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, Ekologiya bə Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edib məlumat veriblər. Eyni zamanda adıçəkilən ərazidə yaşayan sakinlər Prezident Administrasiyasına hadisə barədə teleqram da vurublar.

Bina sakini Mübariz Məmmədovun verdiyi məlumata görə, bu ərazidəki ağaclar bir gün ərzində kəsilməyib: “İlk dəfə ayın 21-də gecə gəlib kəsdilkər, lakin bunun qarşısını müəyyən qədər aldıq. Sonra iki gecə öncə “ağackəsənlər” yenidən qayıtdılar və daha iki ağacı kəsdilər. Bu gecə isə gəlib lap kənardakı, özəl klinikanın yanındakı ağacı kəsmək istədilər. Nəticədə ağac aşıb klinikanın divarında dayandı.
İnanın, 1 həftəyə yaxındır ki, gecəni yatmayıb onları güdür, gəlməklərini hiss edərək hay-küy qaldırıb çölə çıxıram. Dərhal da balta-alətlərini atıb qaçırlar. Məsələn, 2 gecə əvvəl işlərini cəld görməkdən ötrü elektrik mişarla da gəlmişdilər, bu dəfə də “arzu”larını gözlərində qoyduq…
Mən və ətrafdakı sakinklər bu ağaclara daim qulluq edir, onları bəsləyirik. Amma adamın heyfi gəlir. Ağac kəsmək həm cinayətdir, həm də insanlığa, biologiyaya, ekologiyaya zidd bir haldır. Bu qədər də olmaz axı?! Hansısa işbazların biznes maraqları nəticəsində ağaclığı, yaşıllığı, insanların istirahət məkanlarını, şəhərimizin “ağciyərlərini” məhv etmək axı nə qədər düzgündür?!

Biz sakinlər əlaqədar qurumlardan olaya operativ və ədalətli reaksiya xahiş edirik.”, – deyə sakin söylədi” Sakinlərin “Xəbərlə”yə bildirdiyinə görə bir neçə gün öncə, elə bu gün də əraziyə polis bölməsindən, şəhər ekologiya şöbəsindən və yerli MİS-dən məsullar gəlib faktla yerində tanış olublar.

Maraqlıdır ki, “ağac qatilləri” öncə şübhələr yaratmasın deyə, ağacları budayıb, sonra dibindən kəsiblər. Nəticədə 2 ədəd böyük akasiya, 1 qarağac məhv edilib. Nəzərinizə çatdıraq ki, 3 ağacın 2-si kəsildikdən sonra yerə aşmasa da, kəsilən hissədən gövdəsinin demək olar ki, 10-15 faizi qalıb.

Dediklərimiz fotolardan da aydın görünür.

P.S. Son fotoda sakinlərin hadisə olan gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına göndərdikləri şikayət əsasında nazirliyin atdığı addımları özündə əks etdirən məktubun surəti yerləşdirilib.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın