Menu
Geri İrəli

Sumqayıtda ağacları kim kəsir? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində meyvə ağacını kəsiblər. 

Sumqayıtlı şair-publisist Əli Nəcəfxanlı facebook səhifəsində bu barədə yazıb.

“Bizim tarixən ağac kultumuz olub. İbtidai inamlarda ağaca pərəstiş mühüm yer tutub. Bəzi inama görə, ağaclar insan ruhlarının məskəni sayılıb (buna görə ağaclar insanlara baş əyib salam verir). Qədim hunlar hətta ağaca at qurban kəsirdilər. Bir məsəl də var: “Bar ağacını kəsən ömründən kəsər”.  

Mənsə elə düşünürəm ki, bar ağacına çiçək vaxtı qıymaq hamilə qadını öldürməyə bərabərdir. Təəssüf ki, bu gün Sumqayıtın 6-cı mkr-da, bizim binanın qarşısında kimsə çiçək çağını yaşayan bir şaftalı ağacını kəsib yerə qoyub. Bu da şəkilləri! Adamın ürəyi ağrıyır. Ağacın qarğışı tutmalıdır o adamı!”

sumqayitxeber.com fotoları təqdim edir:

10308419_928126017239318_5273369673097960777_n 11008514_928125880572665_880626385409893893_n 11027447_928126353905951_3782014474611588811_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın