Menu
Geri İrəli

Sumqayıtda ağacları kim qırır?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2014 • Baxış sayı: 898 dəfə • 1 şərh
agacSumqayıt şəhəri, 1-ci məhəllə, “Bağçaların yanı” deyilən ərazidəki park bu səhər dağıdılıb. Sakinlərdən “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, gecə ilə əraziyə ağır texnika gətirilib. Sübh tezdən isə ağaclar kəsilib və maşınlara yüklənərək naməlum istiqamətdə aparılıb. Sakinlər ağacların kəsilməsinə etiraz etsələr də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri polis gücünə onları ərazidən uzaqlaşdırmağa müvəffəq olublar.
Sözügedən ərazidə yaşayan sakinlər bildirilər ki, ərazini sabiq deputat, iş adamı Nizami İsgəndərov alıb. Deputat parkın ərazisində özünə ticarət mərkəzi tikdirəcək. Sakinlər bildirdilər ki,  tikinti işlərini aparan şirkətdən öyrəniblər ki, sabiq deputat yeni obyektini bacısı, hazırda Sumqayıt şəhər doğum şöbəsinin baş həkimi olan bacısının adına sənədləşdirib.
Onların sözlərinə görə, Nizami İsgəndərov bir neçə dəfə parkın ərazisini hasarlatdırmağa cəhd göstərib. Lakin sakinlər bu barədə icra hakimiyyətinə məlumat verdikdən sonra hasarlama işləri dayandırılıb. Məmməd Hacıyev adlı Sumqayıt sakininin sözlərinə görə, sabiq deputatın bu əməli barədə icra başçısı Eldar Əzizova, Sumqayıt hüquq-mühafizə orqanlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.
 ”İcra hakimiyyətindən bizə bildirdilər ki, guya ərazidə abadlıq-quruculuq işləri aparılacaq. Necə abadlıq-quruculuq işləri aparırlarsa, parkda qırmadıqları ağac qoymayıblar. Hər yeri qazıb töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng vurduq ki, gəlib bu biabırçılığa son qoysunlar. “Araşdıracağıq” deyib bizi mədəni sürətdə yola verdilər. Polisə şikayət etdik, ağacları qırarkən bizim üstümüzə hücum çəkib həbslə hədələdilər”.
 Sakinlər bildirdilər ki, əgər  parkın ərazisində tikinti işləri durdurulmasa, Prezident Administrasiyası önündə aksiya keçirəcəklər. 
Fərahim İLQAROĞLU, musavat.com










Facebook Şərhləndirmə:

“Sumqayıtda ağacları kim qırır?” yazısına bir cavab

  1. Marus Bayramova deyir:

    Allah Nizami Isgenderovun belasini versin.Bu aqaclarin qol budaqi kimi onun ve balalarinin da qol budaqi qirilsin.Inshallah.Eldar Ezizova TEKI PULU catsin.Millet onun ne vecine.Genceni xaraba qoydu indi de Sumqayita kecib.Onun camaati soyub Gencede tikdirdiklerin sokub atirlar.Allah onun da belasini versin.Amin inshallah

Şərhinizi yazın