Menu
Geri İrəli

Sumqayıtda ağır yol qəzası – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2010 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Kamaz-Lexsus-01-qeza (1)1 nəfər yaralandı, möcüzə nəticəsində ölən olmadı

Bu gecə saat 00:05 radələrində Sumqayıt şəhəri 11-cü mikrorayon ərazisində ağır yol nəqliyyat qəzası baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mişar daşı ilə yüklənmiş “90 XA 368” dövlət nömrə nişanlı “KAMAZ” “20 BC 784” dövlət nömrə nişanlı “Vaz 21011” markalı minik avtomobillə toqquşub.

Nəticədə “Vaz 21011” yolun kənarına yuvarlanıb. Daha sonra ləngərlənən Kamaz “90 CP 570” dövlət nömrə nişanlı “Lexus” markalı minik avtomobilinin üzərinə aşıb.

“Vaz 21011”in 1986-cı il təvəllüdlü sürücüsü Əliyev Rəşad Mahmudağa oğlu yaralanıb və xəstəxanaya yerləşdirilib. “KAMAZ” sürücüsü və “Lexus”dakı sərnişinlər möcüzə nəticəsində qəzadan sağ-salamat qurtulublar.

Faktı Sumqayıt şəhər Polis İdarəsi təsdiq edib.

Fərid Əkbərov, İsak

Kamaz-Lexsus-01-qeza (2) Kamaz-Lexsus-01-qeza (3)Kamaz-Lexsus-01-qeza (4)39124_128495353861061_100001017903630_149913_4187605_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın