Menu
Geri İrəli

Sumqayıtda ailə faciəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Yanvar 2010 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur
Share Button

Dünən saat 21.00 radələrində Azərbaycanın Sumqayıt şəhərində ailə faciəsi baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Sumqayıt şəhəri, 17-ci mikrorayonda qarq rəngli, hələ dövlət nömrə nişanı müəyyənləşməmiş “Range Rover” sürətlə hərəkət edərək, dayanacaqda dayanmış bir ailəni vurub.

Hadisənin sakinlərinin APA-ya verdikləri məlumata görə, Sumqayıt şəhəri,
17-ci mikrorayon, ev 34, mənzil 17 ünvanında yaşayan, əslən Cəbrayıl rayonundan məcburi köçkün olan ailənin 3 üzvü qəzaya uğrayıb. Məlumata görə, “Range Rover” İfadət adlı ailə baçısını, onun xanımın və Günel adlı qızını vuraraq, bir neçə metr önündə sürükləyib.

13-14 yaşlarında olan Günel hadisə yerindəcə ölüb. Hadisə yerinə onun çantası, gəlinciyi və digər əşyaları dağılıb.

Polisin məlumatına görə, hadisə nəticəsində yalnız ata və qızı vurulub.

Hadisə yerinə toplaşanlar atanı xəstəxanaya çatdırıblar.

“Range Rover”in sürücüsü hadisə yerindən qaçıb.

Hadisə yerində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları işləyirlər. Onlar “Range Rover”in sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.

Bəzi məlumatlara görə, sürücü Corat qəsəbəsindəndir.

LENT.AZ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın