Menu
Geri İrəli

Sumqayıtda “Alatoran”dan kitab yarmarkası – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2013 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur
Share Button

Aprelin 28-də Sumqayıt gənclərinin təşkilatçılığı ilə Qanunun Aliliyi Sumqayıt Regional Hüquq Resurs Mərkəzində “Alatoran” yayınlarının kitablarının güzəştli qiymətlərlə satışı keçirilib.

 ANN.Az portalı xəbər verir ki, saat 15:00-dan başlayan kitab satışında Azad Yazarlar Ocağından yazıçı Rasim Qaraca, Vasif Qarayev və Vüqar Bəhmənzadə iştirak edib. Onlarla kitab həvəskarlarının iştirak etdiyi tədbir 2 saat yaxın davam edib.
Satışda Volterin “Fanatizm”, Stefan Sveyqin “Dünənin dünyası”, Rotterdamlı Erazmın “Səfehliyin tərifi” , “Üst insana gedən yol” – hekayələr toplusu, J.Dunhornenin “Oliver Teytin intim gündəliyi, Çarlz Bukovskinin “Qadınlar, Aqata Kristinin “On zənci balası”, “Türkün məsəli”, Azərbaycan arqo deyimləri, Tur Heyerdalın – “Kon Tiki səyahəti”, Everett Şostromun “Anti Karneqi və ya insan-manipulyator”, Volterin “Kandid”, Yann Martel, “Pinin həyatı”  və Yon Kolfer, “Artemis Faul” romanları ilə yanaşı  bir çox ədəbiyyat dərgiləri də olub. Kitabların qiyməti 1-5 manat arasında dəyişib.
Onu da qeyd edək ki, tədbir zamanı cəmi 10 manat dəyərində kitab alan şəxsə 1 kitab hədiyyə edilib. Tədbirin təşkilatçıları  endirim kampaniyalı kitab satışı tədbirlərinə insanların xüsusilə gənclərin marağını nəzərə alaraq yaxın zamanlarda yenidən bu cür tədbirlərin keçiriləcəyini bildiriblər.
ANN.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın