Menu
Geri İrəli

Sumqayıtda analoqu olmayan küçə: Piyadalarla maşınların bir yolu var

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində son zamanlar bir çox küçələrdə piyada səkiləri üzərində yeni tikililərin aparılması müşahidə olunur. Daha öncə də bu mövzuya toxunmuşduq. Bu dəfə isə sumqayitxeber.com saytına Sumqayıt şəhər 47-ci məhəllə ilə 10-cu mikro rayon arasındakı küçədə piyada səkiləri üzərində tikilən obyektlərlə bağlı şikayət daxil olub.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Artıq bir neçə ildir ki, 47-ci məhəllə ilə 10-cu mikrorayonun arasında olan küçədə piyadaların hərəkəti təhlükə altındadır. Belə ki, bu küçənin hər iki tərəfində onlarla obyekt tikilib və sakinlər üçün piyada səkisi nəzərdə tutulmayıb. Son zamanlar da bu küçədə tikinti işlərinin aparılması intensivləşdirilib. Ancaq heç bir obyekt piyada səkisi üçün yer saxlamayıb. Hər gün işə, məktəbə gedən insanlar bu küçədə maşınlarla bərabər hərəkət etmək məcburiyətində qalır. Yazıb sizdən xahiş edirik ki, bu məsləni işıqlandırasınız ki, bəlkə Sumqayıt Şəhər İcra Hakimiyyəti bu ərazidə yaşayan minlərlə insanın, piyadaların təhlükəsizliyini təmin etsin. Sumqayıt şəhərində yeganə küçədir ki, piyadalarla maşınlar eyni yolda hərəkət edirlər. Bu küçənin analoqu yoxdur. Səkilərin olmaması ilə yanaşı, asfalt yol da dağılıb, maşınlar üçün də elə təhlükə mənbəyidir bu küçə. Ümid edirik ki, aidiyyati qurumlar bu küçənin probleminə də diqqət ayırarlar. ”

47-21

Facebook Şərhləndirmə:

Şərhinizi yazın