Menu
Geri İrəli

Sumqayıtda aprel şəhidi Raquf Orucovun anım mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2017 • Baxış sayı: 1,019 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Şəhidlər Xiyabanında 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmançasına şəhid olmuş kəşfiyyatçı komandir, polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirilib.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Qənirə Paşayeva, şəhid polkovnikin ailə üzvləri  və döyüş yoldaşları, şəhər sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına gələrək polkovnik Raquf Orucovun məzarını ziyarət ediblər. Burada şəhidin məzarına tər çiçəklər düzülüb, onun ruhuna dualar oxunub.

Daha sonra tədbir iştirakçıları kəşfiyyatçı komandirin məzarı önündə çıxış edərək aprel döyüşlərinin əhəmiyyətindən, həmin döyüşlər zamanı hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

DSC04234 DSC04238 DSC04242 DSC04258 DSC04261 DSC04269 DSC04275 DSC04287 DSC04290 DSC04302 DSC04303 DSC04308 DSC04312 DSC04320 DSC04326

Facebook Şərhləndirmə:

Şərhinizi yazın