Menu
Geri İrəli

Sumqayıtda ata və oğul güllələndi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2010 • Baxış sayı: 471 dəfə • 1 şərh

tapancha gulle11(15.10.2009)Ata yaralandı, oğlu öldürüldü

Basqına məruz qalan valyutadəyişmə mənqəsinin işçiləri tanınmış partiya sədri, millət vəkilinin qohumlarıdır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, basqına məruz qalmış şəxslər millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadənin yaxın qohumlarıdır. Millət vəkili telefon əlaqəsi zamanı bizə bildirdi ki, ölən Vüqar Balayev onun bacısının qaynıdır. İ.Ağazadə də hadisə zamanı quldurların pul aparıb-aparmadıqları haqda hələlik məlumatının olmadığını qeyd etdi.

Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün səhər saat 07:30 radələrində valyutadəyişmə məntəqəsinin əməkdaşı Vüqar Balayev və atası 53 yaşlı İsmayıl Balayev işə gedərkən yaşadıqları 1-ci mikrorayon, Nərimanov prospekti ərazisində naməlum şəxslərin basqınına məruz qalıb. Onlar ata-oğula odlu silahdan atəş açaraq hadisə yerindən qaçıblar. Nəticədə Vüqar ölüb, İsmayıl isə ağır yaralarla xəstəxanaya çatdırılıb. Hadisənin şahidi – həmin vaxt yaxınlıqda plan süpürgəçi silahlıların iki nəfər olduğunu deyib. Quldurların pul aparıb-aparmadıqları bəlli deyil. Hazırda hadisə yerində Sumqayıt şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları araşdırma aparırlar. Hadisəni törədən şəxslərin kimliyi məlum deyil, axtarış tədbirləri həyata keçrilir. Ərazidən cinayətkarların atəş açdığı tapança götürülüb. Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasından aldığımız məlumata görə, İ.Balayev sol qolunun bazu sümüyündən güllə yarası alıb, vəziyyəti orta-ağırdır. Hazırda xəstə şok vəziyyətindədir. Anar Məmmədov

Facebook Şərhləndirmə:

“Sumqayıtda ata və oğul güllələndi” yazısına bir cavab

  1. bahar deyir:

    TELEVIZIYADA BAXDIM.AXIR VAXTLAR YAMAN COX BELE HADISELER BAS VERIR.ALLAH OZU KOMEK OLSUN.

Şərhinizi yazın