Menu
Geri İrəli

Sumqayıtda avtobus qəzası can aldı –

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 27 Noyabr 2014 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.
310844
APA-nın məlumatına görə, sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində baş verib. Belə ki, 47 yaşlı sürücü Vüqar Zeynalovun idarə etdiyi “Tofaş” markalı 10 TN 696 dövlət nömrə nişanlı minik maşını ilə qarşı tərəfdən gələn 30 saylı “Daewoo” markalı 50 AD 791 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşub. Nəticədə “Tofaş” markalı minik avtomobilində olan sərnişin Rafiq Əhmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 nəfər isə ağır vəziyyətdə Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Hadisənin “Tofaş” markalı avtomobilin sərnişin avtobusunun yoluna çıxması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın