Menu
Geri İrəli

Sumqayıtda avtobusla minik maşını toqquşdu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2010 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

avtobus-ezikSumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu minik maşını ilə toqquşub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakıdan Sumqayıt istiqamətində hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu Saray qəsəbəsindən Bakı-Sumqayıt şossesinə çıxan “Toyota” markalı minik maşınını ilə toqquşub. Nəticədə minik maşınının sərnişini ciddi xəsarət alıb. O, Sumqayıt şəhər kliniki xəstəxanasına yerləşdirilib. Sərnişin avtobusunda isə xəsarət alan olmayıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.

Hadisənin günahkarı kimi minik maşını göstərilir. Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov ,LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın