Menu
Geri İrəli

Sumqayıtda avtomobil belə yandı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 1,671 dəfə • Şərh yoxdur
Share Button

yandi masin1111Bu gün günorta saatlarında Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bizimyol.info-nun əməkdaşına Bakı şəhər sakini Xəyal Məmədxanlı məlumat verib. “Biz hadisə yerinə çatanda artıq avtomobildə yanğın baş vermişdi. Öyrəndik ki, sürücünün idarəçiliyi itirməsi nəticəsində avtomobil yolun kənarındakı baryerə çırpılıb və yanğın baş verib. Avtomobildə olan bir qadını ölümdən xilas etdik. Yanğının böyüməsi nəticəsində sonradan avtomobilə yaxınlaşmaq mümkün olmadı. Hadisə ilə bağlı aiddiyatı dövlət qurumlarına zəng edərək məlumat verdik”, deyə Xəyal Məmmədxanlı bildirdi. O, hadisəni telefonunun video yaddaşına köçürə bilib. Həmin video görüntünü təqdim edirik.  Ramid İbrahimov, Bizimyol.info

***

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb.

APA-nın şimal bürosunun məlumatına görə, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın