Menu
Geri İrəli

Sumqayıtda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 127 dəfə • Şərh yoxdur

Sumqayıtda sabah bəzi yollar bağlı olacaq

Ölkə başçısının sabah Sumqayıta səfər edəcəyi ilə bağlı xəbər vermişdik. Prezident İlham Əliyevin şəhərimizdə 1 saylı Xəstəxananın, Kimyaçılar Mədəniyyət Sarayının və daha bir neçə obyektin açılışında iştirakı nəzərdə tutulur.

Bu dəqiqələrdə şəhərdə prezidentin səfərinə hazırlıq işləri tamamlanmaq üzrədir. “Kimyaçılar” sarayı ətrafında son tamamlama işləri aparılır. Bu səbəbdən də şəhərin həmin hissəində yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mərkəzi bazardan Heydər Parkına doğru uzanan yolda, eləcə də əks istiqamətdə yol tamamilə bağlanılıb, nəticədə isə şəhərdə görünməmiş tıxac yaranıb, sürücülər məhəllədaxili yollardan istifadə edir.
Prezidentin şəhərimizə səhər saatlarında gələcəyi gözlənilir. Tövsiyə edirik ki, açılışlar olacaq istiqamətdəki hərəkət marşurutunuzu alternativ yollarla əvəz edəsiniz…  ”168saat.com”
sum-4 sum-6 sum-65
Facebook Şərhləndirmə:

Şərhinizi yazın