Menu
Geri İrəli

Sumqayıtda az təminatlı ailələrin uşaqları üçün keçirilən təlimlər başa çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

“Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəbəqədər təhsildə ictimai funksionallığın artırılması” layihəsinin yekunlarına dair tədbir keçirib. Birliyin sədri İndira Şəmsivari deyib ki, 4 ay ərzində həyata keçirilən layihə çərçivəsində Sumqayıt şəhərindən olan şəhid, əlil, qaçqın ailələri və valideyn himayəsindən məhrum olunmuş, az təminatlı ailələrdən olan 52 uşaq təlimlərə cəlb olunub. Uşaqlar ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə maraq tərbiyəsi), Sadə riyazi təsəvvürlərin inkişafı və rəsm ixtisası üzrə dərs alıblar.

İ.Şəmsivari onu da deyib ki, təlimlər zamanı uşaqların bilik səviyyəsini yoxlamaq üçün müxtəlif test yapşırıqları verilib. Bununla yanaşı kursa cəlb oluna bilməyən az təminatlı ailələrə maarifləndirici bukletlər paylanılıb.

TSİA sədri həyata keçirilən layihənin əhəmiyyəti barəsində danışıb. Bildirib ki, hazırda bir sıra ailələr var ki, həmin ailələrdə olan uşaqlar bağçaların imkanlarından istifadə edə bilmir.ş Bununsa başlıca səbəbi fəaliyyətdə olan uşaq bağçalarının bir çoxunun özəl olmasıdır: “Özəl bağçalarda təklif olunana qiymətlər çox olduğundan bir sıra ailələr bu imkanlardan yararlana bilmir”. İ.Şəmsivari dövlət bağçalarında yüksək keyfiyyətin olmamasını əsas gətirərək bir sıra ailələrin uşaqlarını bağçaya qoymadığını bildirib. O, təşkilat olaraq bu yöndə monitorinq apardıqlarını bildirib. Qeyd edib ki, az təminatlı ailələrdə olan uşaqlar bağça imkanlarından istifadə baxımından digərlərindən geri qaldığından təşkilat belə bir layihə keçirmək yönündə qərar qəbul edib. Uğurla həyata keçirilən layihə zamanı 40 nəfərin təlimlərə cəlb olunması nəzərdə tutulsa da 52 uşaq təlimlərə cəlb olunub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın