Menu
Geri İrəli

Sumqayıtda “Azərbaycan multikulturalizmi” seminarı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

azerikimyasBakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyində “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil edib.
“Azərikimya” İstehsalat Birliyinin idarə və şöbələrini təmsil edən məsul şəxslərin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Yadigar Məmmədli ötən ilin may ayının 15-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Mərkəzin ötən müddət ərzində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Multikulturalizm Mərkəzinin fəaliyyətinin əsas hissəsini təşkil edir. Natiq ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb, bunun bir fenomen olaraq müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Qeyd edilib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən gəlişmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.

Səyyar dərslərin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan Multikulturalizmi” proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır. Mühazirə Mərkəzin “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın