Menu
Geri İrəli

Sumqayıtda aztəminatlı ailələrdən olan uşaqlar diqqət mərkəzində

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2011 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

Sumqayıtın 9, 10, 12, 13 və 17-ci mikrorayonları üzrə aztəminatlı ailələrdən olan uşaqlara diqqət və qayğı göstərilərək, şəhərin 10-cu mikrorayonundakı şadlıq sarayın­da onlar üçün geniş proqramlı əyləncəli konsert və «hədiyyə kampaniyası» təşkil edilmişdir. Çay süfrəsi arxasında keçirilən tədbirdə «Kim­ya­çı» Mədəniyyət sarayının xalq çalğı alət­ləri ansamblının ifasında təqdim olunan mah­nılar, rəqs kollektivlərinin çıxışları, kloun­ların şən oyunları, illüziya ustal­arının təqdim et­dik­ləri rəngarəng proqramlar və müxtəlif səh­nəciklər uşaqlar və onların valideynləri tərəfindən alqışlarla qarşılan­mışdır.

Tədbirin gedişi zamanı uşaqların fəallıqla, coşqunluqla iştirak etdiyi bilik yarışı keçi­rilmişdir. Uşaqların maraq dairəsi nəzərə alınaraq, tədbir boyu ekranda müxtəlif cizgi film­lərindən fraqmentlər nümayiş etdirilmişdir.

Tədbirin sonunda hər bir uşağa müxtəlif isti geyim dəstləri və digər hədiyyələr təq­dim olun­muşdur. Övladları ilə birgə tədbirdə iştirak edən valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə tədbirin təş­ki­latçılarına minnətdarlıqlarını bildirmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın