Menu
Geri İrəli

Sumqayıtda aztəminatlı ailələrdən olan uşaqlara qış geyimləri paylanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2014 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə keçirilən “Mərhəmətli olmağa tələsin!” adlı xeyriyyə aksiyasına yekun vurulub.

Əvvəlcə iştirakçıları Sumqayıt şəhərində fəaliyyət göstərən “Təfəkkür” liseyinin şagirdləri vətənpərvərlik ruhlu şeirlər, mahnılar və rəqslərlə salamlayıblar.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova dörd ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, aksiyanın keçirilməsindən məqsəd ehtiyacı olan balacaların isti qış geyimləri ilə təmin olunmasına yardım göstərmək, onların uşaq dünyasına yeni rəng qatmaqdan ibarətdir.

Tədbirdə aztəminatlı ailələrin övladları olan 180 uşağa “Azərikimya” İstehsalat Birliyi, “Sumqayıt” Peşəkar Futbol Klubu, şəhər Təhsil Şöbəsi, Sumqayıt Dövlət Universiteti, “Təfəkkür” liseyi və “Müasir stomatologiya” klinikası tərəfindən təzə isti qış geyimləri paylanılıb. Ümumilikdə, aksiyanın davam etdiyi bir ay ərzində 250 nəfərdən artıq aztəminatlı ailəyə və onların övladlarına sevinc bəxş olunub.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika “Qızıl Aypara” Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev tədbirdə çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə və müəssisə rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Ətrabə Rzayeva

1896811_832862280070373_1499765640376020716_n 10362371_832860976737170_7559421585825951173_n 10408549_832861400070461_8614097345581389906_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın