Menu
Geri İrəli

Sumqayıtda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində bağlı qapı arxasında 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə nərdivan  vasitəsilə qalxaraq içəri daxil olmuş və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən nəzarətsiz qalmış uşaqlar otaqda yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 16:16-da başa çatıb.

 xilas

Facebook Şərhləndirmə:

Şərhinizi yazın