Menu
Geri İrəli

Sumqayıtda bağlı qapı arxasında qalan kişi xilas edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2013 • Baxış sayı: 122 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:36-da başa çatmışdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın