Menu
Geri İrəli

Sumqayıtda baldızını güllələyib öldürən müttəhim kürsüsündə

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2013 • Baxış sayı: 137 dəfə • Şərh yoxdur

Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını qətlə yetirməkdə ittiham olunan Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü Habil Həsənovun məhkəməsi başlayıb. “OLAYLAR”ın məlumatına görə, Sumqayıt şəhərin “gecəqondu” qəsəbəsində Habil Həsənov qardaşının evindən yeyib-içib. Sərxoş olan Habil Həsənov qardaşının ov tüfəngini götürərək həyat yoldaşını qətlə yetirmək məqsədi ilə evinə yollanıb. O, yolda qabağına çıxan baldızı, 61 yaşlı Nübar Novatəliyevaya bir neçə atəş açıb. O, aldığı güllədən hadisə yerində ölüb. Habil Həsənov daha sonra şəhərin kolxoz bazarı deyilən ərazisinə gedib. Elə orda polis əməkdaşları tərəfindən saxlanılıb. Habil Həsənov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı noyabrın 29-na təyin edilib.

mehkeme123esas

Facebook Şərhləndirmə:

Şərhinizi yazın