Menu
Geri İrəli

Sumqayıtda Banka basqın oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2010 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində bank filialına basqın olub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə dünən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində qeydə alınıb. “Kapital Bank”ın 1 saylı Sumqayıt filialına daxil olan naməlum şəxslər orada xəzinədar işləyən, 55 yaşlı Ədalət Babaşovdan pul tələb ediblər. Ə. Babaşov isə tələb olunan pulu vermədiyi üçün naməlum şəxslər ona bıçaqla xəsarət yetirib, sonra isə kassada olan təxminən 4500 manat pulu götürərək hadisə yerindən qaçıblar.

Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, banka basqın edən şəxslər müşahidə kameralarına düşüblər.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, 28 yaşlı Anar Qəmbərov və onun qardaşı, 29 yaşlı Araz Qəmbərov saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın